"D" kateqoriyalı sürüclərin sayı niyə azdır?

Azərbaycanda "D" kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü qıtlığı var.

Xezerxeber.az-ın məlumatına görə, xüsusilə sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri idarə etməyə icazə verən bu kateqoriya üzrə sürücü azlığı yaşanır.

Eskpertlər bildiriblər ki, bu hal son 24 ayda daha çox müşahidə edilir. Əsas səbəb isə bu kateqoriya üzrə tələb olunan biliklərin çətin olması və avtobus sürücülərinin xaricə kütləvi axın etməsidir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "D" kateqoriyalı sürücülərin sayının artırılması üçün avtobus parkı genişləndirilir. Eyni zamanda, bu kateqoriyada çalışan sürücülərə müəyyən güzəştlər tətbiq olunacaq.

Qurum rəsmisi onu da əlavə edib ki, sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər.

Ətraflı süjetdə:

"D" kateqoriyalı sürüclərin sayı niyə azdır?

"D" kateqoriyalı sürüclərin sayı niyə azdır?