Balaca Anarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a Gülsarə Quliyeva məlumat verib.
O, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı olduğunu deyib:
"Anar doqquz ay əvvəl dünyaya gəlib. O, anadangəlmə beynində kista ilə doğulub. Doğulduğu gündən bütün müalicələrini vaxtlı-vaxtında etsək də, inanın, artıq tükənmişik. Müalicələri davam etdirsək, həkimlər kistanı minimal ölçüyə qədər azalda biləcəyimizi deyiblər".
Gənc ana övladının müalicəsi üçün aylıq 800 manata ehtiyacları olduğunu bildirib:
"Anarın müalicəsi, müayinəsi bizi tamamilə tükədib. İnanın, borc almağa kimsəmiz də qalmayıb. Aldığımız borcları belə geri ödəyə bilmirik. Onun müalicəsi üçün bizim aylıq 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 370 81 50.
Kapital Bank: 4169 7388 8061 3157.