Biləsuvarda iki yük avtomobili aşıb.
APA-nın verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Naxçıvana yanacaq daşıyan, Sərvər Həsənovun idarə etdiyi dizel yüklü abtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb, yanacağın bir hissəsi yol kənarında dağılıb.
Eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti matrealları ilə yüklü "Shacman" markalı avtomobil də yol kənarına aşıb.
Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Sürücülər yolun iriqabaritli avtomobillər üçün təhlükəli olduğundan xəbərsiz olublar.
Faktla bağlı araşdırma aparılır.