Sumqayıt şəhəri, Corat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Coratda "4 yol" kimi tanınan ərazidə minik avtomobili əvvəlcə divara çırpılıb, sonra isə aşıb.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev Lim10.az-a açıqlamasında faktı təsdiqləyib.
"Hadisə 28 avqust səhər saat 09:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. Hadisənin baş verməsinə səbəb "Toyota Prado" markalı nəqliyyat vasitəsi ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması olub. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölüm və ya xəsarət hadisəsi qeydə alınmayıb.
Hazırda iş ərazi üzrə Dövlət Yol Polisi Şöbəsi tərəfindən araşdırılır", - deyə açıqlamada qeyd olunur.
Əzizə İsmayılova