Şəkidəki 6 nömrəli tam orta məktəbdə yalnız 10 və11-ci sinif şagirdləri təhsil alacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, 2007-ci ildən fəaliyyət göstərən və hazırda 181 şagirdin təhsil aldığı məktəbin bağlanacağı iddiaları valideynləri narahat edir.
Onların sözlərinə görə, məktəb rəhbərliyi ötən gün şagirdlərə zəng edərək, təhsil ocağının bağlanacağını, 9-cu və ondan aşağı bütün sinif şagirdlərinin, eləcə də müəllimlərin başqa məktəblərə köçürüləcəyini bildirib.
Şagirdlərin köçürülməsinə səbəb kimi burada hansısa pilot layihənin həyata keçiriləcəyi göstərilib.
Məsələ ilə əlaqədar Şəki rayonu üzrə təhsil sektorundan bildirilib ki, rayonda təhsilin keyfiyyətinin artırılması məqsədilə pilot layihə hazırlanıb. Layihənin də 6 nömrəli tam orta məktəbdə həyata keçirilməsi nəzərdə tutulub.
Layihəyə əsasən məktəbdə sadəcə 10 və 11-ci siniflər üçün xüsusi tədris planı keçiriləcək. 6 nömrəli məktəbdə hazırda 181 şagird var ki, onlardan da 145-i digər təhsil ocağına köçürüləcək.
Əvəzində isə 180-dən çox yuxarı sinif şagirdi bu məktəbə cəlb olunacaq. Bu təhsil ocağının əhatəsində 4 məktəb olduğundan pilot layihə üçün bura seçilib.
Ətraflı süjetdə:
181 şagirdin təhsil aldığı məktəb bağlanır?