Daxili İşlər Nazirliyi (DİN) Bakıda rejissor Elvin Adıgözəlovun xəsarət alması ilə nəticələnən hadisə barəsində məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Lim10.az-a bildirilib ki, avqustun 25-də Nəsimi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında araşdırma aparılır.
Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.
1news.az-a xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.
Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.
E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.
Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.
Onun sözlərinə görə, hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.