Göygöldə beş nəfər dərmandan zəhərlənib: İki nəfər ölüb

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə zamanı iki nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - dörd uşaq, bir qadın (nənələri) - başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.

Qadın və bir uşaq hadisə yerində ölüblər. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Lim10.az xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.