Bakıda güclü yanğın: Ərazi polis nəzarətinə götürülüb

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

Bakıda güclü yanğın: Ərazi polis nəzarətinə götürülüb

Bakıda güclü yanğın: Ərazi polis nəzarətinə götürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55-də Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Lim10.az xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri Suraxanı rayonunda yerləşən obyektdə yanğın baş verən əraziyə cəlb olunublar.

Bu barədə Lim10.az-a qurumun Mətbuat Xidmətindən bildirilib.

Bakıda, Suraxanı rayonu ərazisində yanğın başlayıb.

Ərazini qatı tüstü dumanı bürüyüb.

Lim10.az hadisə yerindən görüntüləri təqdim edir:

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova