58 mindən çox protokol: Sumqayıtda sürücülər ən çox hansı qaydaları pozurlar?

Bu ilin səkkiz ayında Sumqayıtda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, bunlardan 156-nı avtomobili sərxoş vəziyyətdə, 102-ni narkotiklərin təsiri altında idarə edən, 199-nu piyadalara yol verməyən, 11-ni avtoxuliqanlıq edən, 5 003-nü nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib.

Həmçinin, ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib.