Şəmkirdə 17 yaşlı oğlan Kürdə batıb

Şəmkirdə bir nəfər Kürdə batıb.

APA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 2007-ci il təvəllüdlü Yaqub Elbrus oğlu Ələkbərov olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunublar.