Göygöldə yük maşınları toqquşdu: Xəsarət alanlar var

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Hacıməlik qəsəbəsi ərazisində iki yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.