Bakıda yeniyetmə qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, Binəqədi rayon, Binəqədi qəsəbəsi, 1-ci korpus yaşayış massivində yaşayan X.Mirisov övladının itkin düşdüyünü bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən şəxs onunla eyni ünvanda yaşayan qızının sentyabrın 1-i saat 20 radələrində evi tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.