Gəncə şəhərində, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ərazisində səhər saat 7-8 radələrində doqquzmərtəbəli binada partlayış hadisəsi baş verib.
Bununla bağlı Lim10.az-a məlumat verilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.
Nazirliyin Mətbuat Xidməti Lim10.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının ikiotaqlı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 76 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova