Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, Qax rayonu Lələli kənd sakini, 2021-ci il təvəllüdlü R.Şahmirli nəzarətsizlik səbəbindən sirkə turşusu içib.
Məlumata görə, o, xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.