İstirahətə gələn gəncin Bakıda düşdüyü yer kanalizasiya quyusu deyilmiş - RƏSMİ AÇIQLAMA

Masallı rayonundan Bakıya istirahətə gələn gəncin Azərbaycan prospekti 57A ünvanında kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

Bu barədə Lim10.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Azərbaycan prospekti 57A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, "kanalizasiya quyusu" kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sahəsinə aid deyil, hadisənin xidmətlə heç bir əlaqəsi yoxdur".

Sukanal idarəsinin çəkdiyi videonu təqdim edirik:

İstirahətə gələn gəncin Bakıda düşdüyü yer kanalizasiya quyusu deyilmiş - RƏSMİ AÇIQLAMA

İstirahətə gələn gəncin Bakıda düşdüyü yer kanalizasiya quyusu deyilmiş - RƏSMİ AÇIQLAMA