14 yaşlı yeniyetmə ocağın içinə yıxılıb: Müalicələri yarımçıq qalıb

14 yaşlı Əliəsgərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası İradə Əsədova məlumat verib.

O bildirib ki, övladı fevral ayında ocağın içinə yıxılaraq bədən xəsarətləri alıb:

"Əliəsgərin anadangəlmə qıcolması var. Bu ilin fevral ayında tonqal qaladığımız zaman qıcolması tutub, özünü saxlaya bilməyərək tonqalın içinə yıxılıb. Həmin gün onu xəstəxanaya apardıq və bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada üç ay müalicə aldı və iki dəfə əməliyyat keçirdi".

İradə Əsədova hazırda övladının müalicəsini qarşılaya bilmədiklərini deyib:

"Fevraldan bəri əlimizdən gələn hər şeyi etmişik. Əlimizdə nə vardı, satmışıq, borc almışıq. Hazırda demək olar ki, tükənmişik. Əliəsgərin dərmanlarını və mazlarını almağa imkanımız çatmır. Yaraları suluq edir, uşaq dayanmadan ağlayır. Müalicələrini davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 549-79-53.

Kapital Bank: 5239 1517 5785 4917.