Ucarda 16 yaşlı qız qaçırılması araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a məlumat verilib.
Məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Ucarda 16 yaşlı qız qaçırılıb.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün "Facebook" hesabında paylaşım edib.
Bildirilib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.