Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə şagirdlərdən attestat almaq üçün PUL TƏLƏB OLUNUR? – VİDEO

Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub. Səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib.

Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.

Qarşı tərəf kimi Sumqayıt şəhər 16 saylı tam orta məktəbin direktoru  Behbudbəyli Sevil xanımla əlaqə saxlamağa cəhd etsək də,bu mümkün olmadı. Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.