Azərbaycan ilə Qazaxıstan arasında 7 sənəd imzalanıb
Qazaxıstan ilə Azərbaycan arasında 7 sənəd, o cümlədən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum; Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandumu; “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity”” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum; “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi imzalanıb. (AZƏRTAC)