Danimarka Ukraynaya ümumi məbləği 1,4 milyard kron (220 milyon dollar) olan 28-ci hərbi yardım paketini təqdim edəcək.
Lim10.az xəbər verir ki, məölumatı Danimarka Müdafiə Nazirliyi açıqlayıb. Açıqlamada qeyd olunur ki, hökumət bu məsələ ilə bağlı parlamentin Xarici işlər komitəsi ilə məsləhətləşmələr aparıb.
Krallıq yardım paketinin bir hissəsi olaraq, digər məsələlərlə yanaşı, Ukraynanın dövlət satınalma xərclərinin öz hərbi-sənaye kompleksindən maliyyələşdirilməsini təmin edən Danimarka modeli vasitəsilə əlavə 100 milyon kron (15,5 milyon dollar) ianə ayırır. Bundan əlavə, 372,2 milyon kron (57,7 milyon dollar) PURL (Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı) vasitəsilə Amerika silahlarının alınmasına, daha 80 milyon kron (12,4 milyon dollar) yardım isə NATO Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə yanacaq alınmasına sərf olunacaq: "Bu ianə paketi ilə biz Ukraynaya qarşıdakı aylarda bir sıra vacib döyüş qabiliyyətlərini təmin edirik. Digər ölkələr də, məsələn, Danimarka modeli vasitəsilə töhfə verməlidirlər".
Qeyd edək ki, 2025-ci ildə Danimarka modeli vasitəsilə maliyyələşdirmə üçün təxminən 2,6 milyard kron (400 milyon dollar), 2026 və 2027-ci illərdə isə hər biri təxminən 1 milyard Danimarka kronu (160 milyon dollar) ayrılıb.



















