Paşinyan Zəngəzur dəhlizi ilə bağlı detalları açıqladı

“Zəngəzurda TRIPP layihəsi avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitinin nəticəsi olaraq ortaya çıxıb. Bizim atacağımız və hazırda onun üzərində işlədiyimiz ilk addım da layihənin necə həyata keçiriləcəyini nümayiş etdirməlidir. Bu, belə demək mümkünsə, hazırda hüquqi normativ bazanın yaradılmasını nəzərdə tutur”.

Lim10.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, əslində, bu çərçivənin yaradılmasında birinci mərhələ ümumi çərçivəni əks etdirən Vaşinqton Bəyannaməsidir. “Növbəti mərhələ Ermənistan və ABŞ tərəfindən TRIPP şirkəti olacaq birgə hüquqi şəxsin yaradılması olacaq. Hazırda yaradılacaq şirkətin adının yekunlaşdırılma mərhələsindəyik”, - o vurğulayıb.

Baş nazir əlavə edib ki, bu, Ermənistan və ABŞ tərəfindən yaradılan müştərək şirkət olacaq və onu direktorlar şurası idarə edəcək: “İdarə Heyətində həm Ermənistan, həm də ABŞ təmsil olunacaq. Təbii ki, şurada səhmlərin bölüşdürülməsi də hazırda müzakirə olunan səhmlərdən asılı olacaq. Amma qeyd etmək lazımdır ki, Ermənistan çox mühüm dövlət əhəmiyyətli məsələlərdə həlledici səsə sahib olacaq. 

“Tramp marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə verilməsi məsələsi də nəzərdən keçirilir. İcarənin müddəti ABŞ-ın buraya yatıracağı sərmayənin həcmindən və layihənin gəlirindən asılı olacaq", - Paşinyan bildirib.

Mürtəza