"Hər il yerli özünüidarəetmə sistemlərində artımlar olurdu. Dövlət tərəfindən dotasiya verilirdi. Lakin 2026-cı ildə yerli özünüidarəetmə sistemlərində artımlar nəzərdə tutulmayıb".
Lim10.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, yerli özünüidarəetmə sisteminə artımların əlavə olunmasına ehtiyac var: "Müəyyən qədər büdcədə imkan yaranarsa, artımı etmək olardı ki, yerli özünüidarəetmə sisteminin fəaliyyəti geniş, əhatəli olsun. Xocavənd rayonu istisna olmaqla digər rayonlarımız öz gəlirlərini toplayır və topladığı gəlirlərin artığının 50% həmin rayonlarda qalır. Hesab edirəm ki, bunu 70%-ə qaldırmaq olar".
O eyni zamanda siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı mövqeyini açıqlayaraq deyib:
"Vətən xaini olan AXCP və Müsavat partiyalarını çıxmaq şərti ilə yerdə qalan digər partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstərir. Bu baxımdan, siyasi partiyaların büdcəsinin artırılması məqsədəmüavfiq olardı".
Mürtəza



















