İsrail mətbuatı yazır ki, İran nüvə alimlərin qətlinə görə qisas almağa başlayıb və buna görə İsraildə yüksək hazırlıq vəziyyəti elan edilib.
Lim10.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi müdafiə sənayesi rəsmilərinin və alimlərinin xaricə səfərləri zamanı təhlükəsizlik tədbirlərini artırıb.
Müdafiə Nazirliyinin əməkdaşları üçün də təhlükəsizlik tədbirləri gücləndirilib, bu yaxınlarda Müdafiə Nazirliyinin baş direktoru Amir Baram üçün də təhlükəsizlik tədbirləri görülüb.
Bütün bu tədbirlər israilli alimin avtomobilinin xaricdə oğurlanması və içərisində İran kəşfiyyatının imzaladığı məktubun tapılması ilə bağlı son xəbərlər fonunda baş verir.
İsrail hesab edir ki, İran iyun müharibəsi zamanı ona vurulan zərbəyə cavab verməyə çalışacaq.
Qeyd olunur ki, İran təkcə hərbi personala deyil, həm də İsrail müdafiə sənayesinin əsas mütəxəssislərinə - alimlərə, mühəndislərə və Rafael, Elbit Systems və Aerospace Industries kimi aparıcı şirkətlərin menecerlərinə qarşı da sui-qəsd təşkil edə bilər.
Elvin
Lim10.az




















