İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

İspaniyada hər gün işə vaxtından tez gedən qadın qovulub.

Lim10.az xəbər verir ki, hadisə Alikante mərkəzli bir çatdırılma şirkətində işləyən qadın müqavilədə işinin başlama saatı 07:30 göstərilsə də, işə hər gün 06:45-07:00 aralığında getməyə başlayıb.

Onun işinə digər işçilərdən tez başlaması rəhbərliyi narahat edib. İlk dəfə 2023-cü ildə rəhbərlik tərəfindən danlanan işçi öz vərdişinə davam edib. Rəhbərlik hesab edib ki, qadının işə tez gəlməsi digər işçilərlə iş balasının pozulmasına səbəb olur.

Bu ilin əvvəlində müdiri onu "ciddi davranış pozuntusuna" görə işdən çıxarmaq qərarına gəlib. Qadının müdiri işçinin daha erkən gəlməsi ilə işə heç bir töhvə vermədiyini bildirib.

Adı açıqlanmayan qadın Alikante sosial məhkəməsinə müraciət edərək qərara etiraz edib, lakin nəticə heç də gözlədiyi kimi olmayıb. Belə ki, məhkəmə, rəhbərliyin xəbərdarlıqlarını dəfələrlə qulaqardına vurmaqla işçi-işəgötürən münasibətlərinə zərbə vurduğunu iddia edərək, iş yeri rəhbərliyinin lehinə qərar çıxarıb.

Bu vəziyyət dünya gündəmində müzakirələrə yol açıb.

Billurə Yunus