Britaniyanın ən yaxşı pişiyi Zelenskidən imtina edib - Rus mediası

Böyük Britaniyanın baş siçanovçusu titulunu daşıyan Larri adlı pişik Ukrayna prezidenti Volodimir Zelenski və Britaniyanın baş naziri Kir Starmerlə birlikdə Dauninq-stritdəki rezidensiyaya girməkdən imtina edib.

Lim10.az xəbər verir ki, bu barədə Rusiya mediası "Britaniyanın ən yaxşı pişiyi Zelenski ilə eyni qapıdan girməkdən imtina edib" başlıqlı xəbərində yazıb.

"Baş nazirin rezidensiyasında yaşayan pişik Zelenskini gözlədikləri müddətdə bir qədər qapı ağzında oturmaq məcburiyyətində qalıb. Ukrayna prezidenti gəlib, Starmer onunla əl sıxaraq girişə doğru yönəlib. Lakin səbirlə dayanan pişik Zelenski ona yaxınlaşanda qapıdan kənara sıçrayıb.

Bu, Larrinin Zelenski ilə ünsiyyətdən qaçdığı ilk hal deyil. 2024-cü ilin oktyabrında da Zelenski Starmerlə birgə binaya daxil olanda pişik hökumət rezidensiyasını tərk etmişdi", - deyə rus mediası yazıb.

543964

Xəbərdə həmçinin vurğulanır ki, Böyük Britaniyanın baş siçanovçusu çətin xasiyyəti ilə tanınır:

"Britaniyanın keçmiş baş naziri Rişi Sunak istefa verəndə, pişiyin rəsmi sosial şəbəkə hesabında siyasətçi ilə vida edərkən onun ayaqqabısına təbii ehtiyacını ödədiyi (açıq yazılıb) barədə paylaşım yayılmışdı".

Larri 2011-ci ildən Britaniya baş nazirinin rezidensiyasında “xidmət edir”, bundan əvvəl isə sığınacaqda yaşayırdı. Britaniya hökmdarlarının rezidensiyalarında pişik saxlamaq ənənəsi XV əsrdə yaranıb. 1929-cu ildən isə onlara rəsmi status və ildə 100 funt sterlinq (təxminən 226 manat) məvacib verilir.