Qaz satışından gəlirlərimiz 32% artib

Azərbaycanın magistral qaz kəmərlərində gəlirləri 32%-dək artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 151 546,2 min manat təşkil edib, bu da ötən illə müqayisədə 31,8% artım təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ötən ilin yanvar-iyun aylarında qaz satışından gəlirlər 873 793,4 min manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 19 898,1 mln. kubmetr qaz nəql edilib ki, bu da ötən illə müqayisədə 16,6% çoxdur.