Dünyada qızılın qiyməti kəskin qalxır və bəzi müstəqil iqtisadçılar bunu heç də yaxşı əlamət saymırlar. Aprelin 12-də qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya (31.1 qram) üçün 2 min 400 ABŞ dollarını ötüb. Son altı ayda onun qiyməti 25 faiz artıb.
Azərbaycan Dövlət Statistika Komitəsi bildirir ki, 2024-cü ilin martında 2023-cü ilin eyni dövrü ilə müqayisədə inflyasiya 0,4 faiz olub.
Komitənin vurğulamasına görə, hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları 1,1 faiz ucuzlaşıb. Qeyri-qida məhsullarının 1,1, əhaliyə göstərilmiş ödənişli xidmətlərin isə 2,2 faiz bahalaşdığı açıqlanıb.
Bu yağlar spred yağlardır, üstünə natural yağ olduğu yazılır, inək şəkli vurulur, lakin tərkibində bitki yağı var, hansı bitki yağı olduğu isə bilinmir, mənşəyi məlum deyil.