Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində azı iki nəfərin öldüyü və çox sayda şəxsin ağır yaralandığı bildirilir.
Məlumata görə, həlak olanlar azyaşlılardır.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.