Azərbaycanda universitet bu vəzifəyə işçi axtarır

Azərbaycanda ali təhsil müəssisəsi işçi axtarır. 

Lim10.az -ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasında vakant professor vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə professor vəzifəsinin tutulması üçün bu istiqamət üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Sənədlər bu gündən bir ay müddətində təqdim oluna bilər. 

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana və ya [email protected] elektron poçtuna təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Lermontov küçəsi 74, 23-cü otaq, telefon-492-76-03.

Billurə