"AzParking" mobil tətbiqində xəritədəki yanlışlığa görə yazılması məsələsi həqiqəti əks etdirmir".
Bu fikri Lim10.az-a açıqlamasında "AzParking"in İnformasiya Texnologiyaları sahəsinin (İT) rəhbəri Rövşən Qənbərov deyib.
O bildirib ki, istənilən "AzParking" nöqtəsində məntəqə səhv seçilərsə, cərimə gələ bilməz:
"Belə bir problem yoxdur, bunlar hamısı həll olunub. Bir vətəndaş öz sosial şəbəkə hesabında bu haqda yanlış informasiya yayıb, hər kəs də elə bilir ki, problem var. Oradakı situasiya fərqlidir. Həmin vətəndaş "AzParking" nöqtəsində avtomobilini avqustun 9-u saxlayıb, pul ödəməyib, cərimə yazılıb. Cərimə qanunla sistemdə 24 saat ərzində təsdiqlənməlidir. Buna görə də təsdiq avqustun 10-na düşüb. O da elə bilib ki, avqustun 10-da cərimələnib. Vətəndaş avqustun 10-u avtomobilini saxlayıb, pulunu ödəyib, problem yoxdur. Ancaq yazılan cərimə 1 gün öncənindir. Sistemdə problem yoxdur, buna başımla cavabdehəm. Bir ara kütləvi şikayət oldu, həll etdik".
Məhərrəm Əliyev