Ramana qəsəbəsində boru partlayıb, evlərə su verilmir

Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə küçəsində su borusu partlayıb, evlərə dörd gündür ki, su verilmir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, su xəttinin partlaması ərazidə hərəkəti çətinləşdirib. Yaranmış problem həm də evlərə suyun verilişində problem yaradıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət olunub. Lakin problem hələ də həllini tapmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları sözügedən küçədən keçən su xəttində baş verən qəzanı aradan qaldırıblar. Su təchizatının bərpa olunması istiqamətində işlər davam etdirilir.

Ətraflı videomaterialda:

Ramana qəsəbəsində boru partlayıb, evlərə su verilmir

Ramana qəsəbəsində boru partlayıb, evlərə su verilmir