Beyləqanda ağır QƏZA: Ölən və yaralılar var

Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Qəza zamanı Qabil Dədəkişi oğlu Xankişiyev həyatın itirib. İmamqulu Əsəd oğlu Kərimov, Ağa Təvəkkül oğlu Quliyev, Şəhriyar İman oğlu Hüseynov, Elvin Salman oğlu Fərzəliyev xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.