Ucarda fərdi yaşayış evi yanıb.
APA -nın xəbərinə görə, hadisə bu gün rayonun Şahlıq kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Əlvan Əlizadə oğlu Mirzəliyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, 8 otaq, 2 mətbəxdən ibarət olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Yaxındakı tikililərə yanğının keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.