Sumqayıtda "Lexus" aşdı: Sürücü ÖLDÜ

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

"Lexus" markalı avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü (ad və soyadı dəqiqləşdirilir - red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.