"Qələbə bizimlədir!" - Mehriban Məmməd qızı Məmmədova

MEHRİBAN MƏMMƏDOVA

Salam əziz seçicilərim/!

Vəkil xalqın inandığı, etibar etdiyi insandır. Xalq güvəndiyi öz işi, əməli ilə sayılıb-seçilən adamı vəkil seçir. Həmin şəxs də seçildiyi dairəni, ərazini təmsil edir, onların elçisi sayılır. Bu da hər şəxsə nəsib olmur.

Mən, Məmmədova Mehriban Məmməd qızı, deputatlığa namizədliyimi 107 saylı Tovuz-Qazax-Akstafa Seçki Dairəsindən irəli sürmüşəm.

Bakı Dövlət Universitetinin filologiya və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişəm. Hələ tələbə olarkən - 18 yaşımdan jurnalistika fəaliyyətinə başlamışam. Hazırda "42-ci paralel" jurnalının təsisçisi və baş redaktoruyam. Eyni zamanda "AZ TV", "Lider TV" və "Kanal-S" televizyalarında verlişlərın müəllifi və aparıcısı olmuşam, həmin fəaliyyətlərım indi də davam edir.

Namizədliyimi jurnalistlərdən ibarət yaraydığımız komandaya güvənərək verirəm. Əgər məni seçsəniz, problemlərinizi parlamentdə, komandamız isə ölkə mediasında gündəmə çevirəcək və həllinə nail olacağıq. Biz bir jurnalist komandası olaraq seçicilərimizin problemlərindən də xəbərdaraıq, həmin problemlərin həlli yollarını da bilirik. Əgər belə bir xoşbəxtlik mənə nəsib olsaydı nələr edərdim?
Təmsil etdiyim rayonda seçicilərimlə tez-tez görüşlər keçirərdim. Sizlərlə bütün problemləri müzakirə edib, həllinə nail olardım, qanunların qəbulunda seçicilərimin mənafeini müdafiə edər,  daha səmərəli qanunların qəbuluna, seçicilərimin rifah hallarını yaxşılaşdırmağa
çalışardım.

Rayonda abadlıq işləri aparmaq, baxımsız yerlərin abadlaşdırılmasını müvafiq qurumlar qarşısında problem olaraq qaldırıb, həll etdirərdim.
Milli Məclisin iclaslarında təklif edilən qanunlara seçicilərimin xeyirinə olaraq öz mövqeimi bildirər, həmin mövqein qanunların qəbulunda nəzərə alınmasına israr edərdim. Elm, təhsil və səhiyyənin inkişafına əlimdən gələn köməyi əsirgəməzdim. Seçicilərimin səmərəli fikir və təkliflərini parlament tribunasından səsləndirərdim.
Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasətini daim dəstəkliyərdim.
Beynəlxalq təşkilatlar qarşısında Ermənistanın təcavüzkar dövlət olduğunun bir daha tanıdılmasına davamlı olaraq çalışardım