Paytaxtdakı smart dayanacaqlar gecə saatlarında niyə bağlı olur?

Paytaxt sakini gecə saat 12-dən sonra smart dayanacağın bağlı olmasından şikayət edib.

Lim10.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

O, qeyd edib ki, gecə saat 12-dən sonra Azadlıq prospektində AYNA-ya məxsus dayanacaq bağlı olub. Dayanacağa bitişik köşkün satıcısından onun qapısını açmağı istəsə də, satıcıdan rədd cavabı alıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurum rəsmisi Lim10.az-ın sorğusuna cavab olaraq dayanacağın gecə saat 12-dən sonra bağlanması faktını təsdiqləyib.

Bildirilib ki, təhlükəsizlik baxımından, eləcə də infrastrukturun və səliqə-səhmanın qorunması məqsədilə smart dayanacaqlar avtobusların fəaliyyəti dayandırıldıqdan sonra bağlanır".

Əzizə İsmayılova