Doqquz aylıq körpənin dəstəyə ehtiyacı var

Doqquz aylıq Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Məlahət Məmmədova məlumat verib.

O bildirib ki, övladı ötən ilin noyabr ayında dünyaya gəlib.

"Ülvi ötən ilin noyabr ayında bir böyrəklə dünyaya gəlib. Hamiləlik zamanı imkan olmadığı üçün demək olar ki, həkim müayinəsində olmamışdım. Ona görə də onun bu problemindən xəbərsiz idim. Doğulan gündən müayinələrini, müalicələrini etməyə çalışsaq da, artıq tükənmişik. Hazırda Ülvinin müalicəsi üçün 700 manata ehtiyacımız var".

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:

"Ülvi mənim ilk və tək övladımdır. Atası avtomobilyuma məntəqəsində günü 15 manata işləyir, mən isə evdar qadınam. Kirayə mənzildə yaşayırıq. İnanın həm evin xərcləri, həm Ülvinin müalicəsini bu 9 ayda güc bəla ilə çatdırmışıq. Dəyərli nə əşyamız var idisə, satmışıq, borc ala biləcəyimiz hamıdan borc almışıq. Yardımsevər şəxslərdən bu müddətdə bizə dəstək olmaqlarını xahiş edirik".

Ailə ilə əlaqə: (055) 314-15-57.

Uni Bank: 4098 0944 2237 4833.