Göygöl Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsi ilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, avqustun 11-də Göygöl Rayon Mərkəzi Xəstəxanasına üç fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə 52 nəfər müraciət edib.