"Kontakt Home" müştərilərə zay məhsul sırıyır

“Azad İstehlakçılar” Birliyini
Bakı şəhəri,Xəzər R-nu,Şüvalan qəsəbəsi, Gülçülük sovxozu 56 ünvanda yaşayan Əliyev Elman “Azad İstehlakçılar” Birliyinə ünvanladığı məktubda yazır ki, 
2024-cü ilin fevral ayının 12-də "Kontakt Home" mağazalar şəbəkəsinin Mərdəkan filialından nağd şəkildə 1200 AZN ödəyərək "Dyson" markalı fen aldım: "Mənə zəmanət talonu verilmədi. Malın istifadə qaydalarında Azərbaycan dilində məlumat yox idi. Fevral ayının 17-si, ilk istifadə zamanı bəlli oldu ki, fenin başlıq hissəsi qırmaqda qalmır. Elə həmin gün - fevral ayının 17-də məhsulu həmin "Kontak Home" mağazasına verdim, iradımı bildirərək malın ya qüsursuz malla dəyişdirilməsini və ya ödədiyim pulun qaytarılmasını tələb etdim. Tələbimi qəbul etmədilər. Feni servisə göndərdilər. 1 ay gözlədikdən sonra məhsulun təmir olunduğunu və məhsulu servisə (Q.Qarayev) yaxınlaşıb götürməyimi mənə telefonla bildirdilər.
Müstəri feni 17.03.24-cü il tarixdə götürdüyü zaman məhsulun qutusu və özü toz içində olub. O, məhsulun şotkaları və başlıqlarında tüklər olub. Müştəri düşünür ki, şübhəsiz, servisdə, ya da haradasa fendən istifadə ediblər (Nəzərə alaq ki bu gigiyenik məhsuldur): "Mən yenidən məhsulu malı aldığım "Kontakt Home" mağazasına gətirdim,. Mağazada bu şikayətlərimi bildirdim və məhsulu mağazada satıcıların iştirakı ilə test edərkən öncəki qüsurun aradan qaldırılmadığını gördüm, yəni başlıq fendə qalmırdı. Mağaza məhsulu yenidən servisə göndərdi. Bir müddətdən sonra servis tərəfindən zəng olunaraq mənə 135 AZN servis haqqı ödəməyimi tələb etdilər. Ondan bir gün sonra "Kontakt Home" mağazasına yaxınlaşaraq məndən tələb olunan pula görə narazılığımı bildirdim və yenidən malın qaytarılmasını tələb etdim. Yenə də tələbimə məhəl qoyulmadı! Onlar servisə bildirdilər ki, məhsul təmənnasız təmir olunmalıdır. Bir müddət keçdikdən sonra "Kontakt Home" mağazasından mənə zəng edərək, məhsulun təmir olunduğunu bildirdilər.
Mən "Kontakta Home"-yə yaxınlaşdım və məhsulu mənim və müdir Fuad bəyin iştirakı ilə müdiriyyətin otağında test edərkən məlum oldu ki, fen yenə də istifadəyə yararsız haldadır. Onlar mənə bildirdilər ki, məhsul yenidən təmir üçün servisə göndəriləcək. Mən onlara iradımı bildirdim və tələb etdim ki, məhsulu yenisi ilə əvəz etsinlər və ya ödənişimi qaytarsınlar. Lakin "Kontakt Home" mağazası iradımı nəzərə almadı. Məhsul təmir üçün servisə göndərildi. Bir müddətdən sonra məhsulun təmir olunduğu ilə bağlı mənə zəng olundu. Mən 2024-cü il, avqust ayının 9-da məhsulu götürmək üçün "Kontakta Home"-a yaxınlaşdım. Orada müdir müavini və bir neçə işçilərin iştirakı ilə məhsul test olundu. Lakin yenə də ilk gündəki qüsur aradan qaldırılmamışdı. Əlavə olaraq test zamanı fenin üzərindəki 2 düyməcik yerə töküldü. Düymələrin öncədən qırılıb yapışdırıcı ilə yapışdırıldığı tam aydın görünürdü.(Böyük ehtimal bu düymələrin qırılıb yapışdırılması servisdə baş vermişdi). Onlar məhsulun yenidən servisə göndəriləcəyini mənə bildirdilər.
Bu gün - 12.08.2024-cü il tarixdə yenidən "Kontakta Home"a yaxınlaşaraq müdürə bildirdim ki, zəhmət olmasa mənim məhsulum yenisi ilə əvəz olunsun və ya ödənişim geri qaytarılsın. Ancaq müdir mənə bildirdi ki, "Kontakt Home" mağazasının baş ofisi bizə göstəriş verməmiş məhsulu yenisi ilə dəyişə bilmərik. Bu hadisədən artıq 7 ay ötür. Bu 7 ayda mənim həm yollarda pulum, həm zənglərə konturum, ən əsası isə əsəblərim getdi. Şikayət edəcəyimi və medyaya müraciət edəcəyimi müdirə bildirsəm də “hara istəyirsən get şikayət et” cavabını aldım".
Şikayətçi xahiş edir ki, onun istehlakçı hüquqları qorunsun, məhsul qaytarılsın, ödənilən 1200 AZN müştəriyə verilsin. O, bildirir ki, bu dükanlar şəbəkəsində dövlətimizin qanunlarını tapdalayan bu hal barədə müvafiq dövlət qurumlarına və mətbuata məlumat verilsin ki, əhalimiz aldadımasın.


İmza: Elman Əliyev