Xaçmazda qadın hamamda özünü asdı

Xaçmazda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə İstisu kəndində baş verib. Kənd sakini 47 yaşlı E.Manafova yaşadığı evin hamamında özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.