YAP-ın namizədi seçki dairəsində necə narazılıqlar yaradır? - BƏRDƏDƏN GƏLƏN SEÇİCİLƏR"
97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsindən Milli Məclisə deputatlığa namizədlər arasında qanun pozuntuları ilə bağlı qalmaqal səngimək bilmir. Artıq baş verən pozuntularla bağlı tərtib olunan protokol və fotofaktlar MSK sədri Məzahir Pənahova təqdim edilib. Dairədə əsas namizədlərdən biri olan Şəhriyar Məcidzadə apardığı müəyyən müşahidələrini sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarıb. O, facebook platformasında apardığı müşahidələrinin qeydlərini belə təqdim edib: "kiçik bir araşdırma kifayət edir ki, burada oturan və Anar Məmmədovun ətrafında gəzən adamların Bərdə, Goranboy və bizim dairəyə düşməyən bölgələrdən gəldiyi müəyyən edilsin. (97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən) gələn seçicilər olduğu müəyyən edilsin.