Ali təhsilli şəxslərin peşə məktəblərinə marağı artıb

Peşə məktəblərində təhsil almaq üçün müraciət edənlərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, təkcə 2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə qəbulun I mərhələsində müraciət edənlərin sayı 27 mini ötüb. Halbuki 2020-ci ildə bu göstərici 12 mindən çox deyildi. Hətta ali təhsilli şəxslər arasında da peşə təhsili almaq istəyənlər var.

Ekspert qeyd edib ki, peşə təhsili almaq istəyən şəxslər əsasən informasiya texnologiyaları, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük verirlər.

Qeyd edək ki, 2024-2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30960 plan yeri üzrə aparılacaq. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilir. Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun 2-ci mərhələsinin 27 avqust-3 sentyabr tarixlərində təşkil olunması planlaşdırılır.

Ətraflı süjetdə:

Ali təhsilli şəxslərin peşə məktəblərinə marağı artıb

Ali təhsilli şəxslərin peşə məktəblərinə marağı artıb