Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.7-dən 9.6-ya düşüb.
Lim10.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.8 faiz olub. Körpələrdən 1 622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulub.