Qəzada vəfat edən Nahidin 5 gün sonra toyu olacaqmış

Ötən gecə saat 3 radələrində Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus "Hyundai" markalı avtomobili və həmin avtomobildən düşən sərnişin - Ağcabədi rayon sakini Nahid Səfərovu vurub.

Baku.ws-in əldə etdiyi məlumata görə, Nahid Səfərovun 26 yaşı olub.

Onun atası da cavan yaşda avtomobil qəzasında vəfat edib. Nahidin evin tək oğlu olduğu bildirilib.

Nahid Səfərovun 5 gün sonra toyu olacaqmış.