Bakıda qadınlara qeyri-etik təkliflər edən şəxs SAXLANILDI

Bakıda qadınlara qeyri-etik təkliflər etdiyi bildirilən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lim10.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edib ki, görüntülərdə olan şəxs 1982-ci il təvəllüdlü H.Vəliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.