"Embawood”çuların gülünc seçki oyunu
Biznesini genişləndirmək üçün parlamentə yol tapan YAP-çı Məşhur Məmmədov özünü bir daha biabır elədi
Cari ilin sentyabr ayının 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca tez-tez deputatlığa namizədlərin gülünc təbliğat-təşviqat kampaniyası nəzərə çarpır. Məsələn, bizneslə məşğul olduğu halda birdən-birə deputat olmağa qərar verən və 2020-ci ildə YAP-dan namizdə olaraq deputat seçilən “Embawood”un yiyəsi Məşhur Məmmədov yenidən siyahıya düşüb və deputat olmaq üçün bəlkə də Azərbaycan tarixində görünməmiş biabırçılığa imza atıb.
Ölkə mediasının son günlər yaydığı məlumata görə, 74 saylı Masallı seçki dairəsindən YAP-dan namizəd olan Məşhur Məmmədovun 7 rəqibi var. Ən gülməli və maraqlısı isə odur ki, M.Məmmədovun namizəd olduğu dairədəki 7 nəfərdən biri məhz “Embawood”un satış meneceri Cavid Xalıqzadədir. Çox güman ki, həmin “rəqib”in namizəd kimi qeydiyyatdan keçməsi üçün imza toplanmasını da “biznesmen-deputat” Məşhur Məmmədov təşkil edib.
GUNDEMXEBER.AZ AzToday.az-a istinadla xəbər verir ki, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədov VI çağırış Milli Məclisin deputatı olub. Deputat seçilməmiş və deputat seçildikdən sonra da biznes fəaliyyəti ilə qazandığı pulların cüzi bir hissəsi ilə Masallıda camaata ara-sıra ərzaq və tələbat malları paylatdıraraq özünü “xeyriyyəçi” kimi təqdim edən Məşhur Məmmədovun biznesdə ilk kapitalının çirkli yolla İrandan gəldiyi barədə də dəfələrlə yazılıb.
Jurnalistlərin yazdıqlarına görə, “Embawood”un sahibi Məşhur Məmmədovun biznesinə şərik olan qohumları ilə arasında ara-sıar ədavət də yaşanmaqdadır. Deyilənə görə, M.Məmmədov məhz yaxınları ilə olan gərginlik ucbatından şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir hissəsini itirib. Lakin burada şübhəli məqamlar da hali deyil. Xatırladaq ki, bu səpkidə məlumatların mediada yer alması da təşkil olunmuş hesab edilir.
Daha doğrusu, yaxınlarının ona qarşı çıxdıqları adı altında biznesini əl dəyişdirib, qınaqdan xilas olmaq istəyir. Guya deputat səhmlərini satıb, amma səhmlərini qohumlarına ötürməklə ittihamların qarşısını almağa çalışır. Rəsmi məlumatda bildirilir ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov paylarının bir hissəsini yeni səhmdara satıb. Yeni səhmdar isə Tamara Polyakovadır.
Qeyd edək ki, 1996-cı ildə Masallıda qurulmuş “Embawood” şirkəti mebel istehsalını genişləndirrək, 2000-ci ildə Xırdalanda, 2014-ci ildə Qazaxıstan mebel fabriki açıb. Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. “Embawood”a məxsus Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20-dən çox, dünyanın digər ölkələrində bir çox mağaza var. Azərbaycanda “Embawood” şirkətinin sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir. Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçir. Digər bir məlumata görə, bu miqyasda şirkətlərin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub.
Yayılan digər məlumata görə, Nyu-Yorkda villa alan Məşhur Məmmədov bir müddət əvvəl “Embawood” MMC-dəki hissələrini təhvil verib. Onun biznes fəaliyyəti qanunsuz olsa da, Məşhur Məmmədov hazırda “Perla” mağazalar şəbəkəsi, “Foriella” istehsal şirkəti və “Ofissa” ofis mebeli şirkətinin sahibidir.
Digər bir xəbərə görə, media sahəsində də özünü sınamaq istəyən M.Məmmədov özünə xəbər saytı açıb. Seçildiyi müddət ərzində Milli Məcilisdə bir dəfə də olsun normal çıxış etməyən deputat, sayta maliyyə verərək, özü haqqında tərif yazdırır. Deyilənə görə, özünü cəmiyyətə “siyasətçi” kimi sıramaq istəyir M.Məmmədov ölkə də və dünya da baş verən hadisələrə saytı vasitəsilə reaksiya verir. Həmçinin Məşhur Məmmədov sosial şəbəkələr də bir çox “trol” dəstəsi maliyyələşdirir, onun haqqında nəsə tənqidi paylaşım olan kimi, dərhal “trol”lardan təhqir dolu rəylər, hədələr gəlir.
Məşhur Məmmədov özünü və biznes şəbəkəsini qorumaq istəyindən qaynaqlanan fəaliyyəti seçicilərinin də narazılığına səbəb olub. Onların fikrincə, deputat pulları lazımsız yerlərə xərcləməyin əvəzində seçicilərin problemlərini həll etməklə məşğul olsaydı, özünə daha çox hörmət qazanardı. Ona görə ki, bayramlarda şəhid ailələrinə, imkansızlara bir paket ərzaq payı ilə özünüreklam metodu hə cılız, həm də ikrah doğuran haldır.
Bütün qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, 74 saylı Masallı seçki dairəsindən YAP-dan namizəd olan, biznesini genişləndirmək üçün parlamentə yol tapan Məşhur Məmmədovun özünə məxsus “Embawood”un meneceri Cavid Xalıqzadə ilə seçki oyunu onu bir daha biabır elədi.
Orxan Məmmədli