Səkkizaylıq Aydının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun nənəsi Aygün Ağayeva məlumat verib.
O bildirib ki, nəvəsinin dəstəyə ehtiyacı var:
"Aydın səkkizaylıqdır. Həkim müayinəsi zamanı onun qaraciyərində problem olduğunu öyrəndik. Analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim Aydının qaraciyər sirrozu ola biləcəyini, dəqiq müayinə üçün oraya getməyimizi tövsiyə etdi".
Nənə bildirib ki, Aydının anası beş ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib:
"Qızım beş ay əvvəl, Aydın üçaylıq olarkən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. O gündən də Aydına mən baxıram, balamın ətrini ondan alıram. Atası hər zaman onu ziyarətə gəlir, əlindən gələni edir onun üçün. O da fəhlədir. Sizin saytın izləyicilərinin dəstəyilə Aydını Türkiyəyə apardıq, müayinələrdən keçdik. Həkimin yazdığı müalicələri etmək üçün dəstəyə ehtiyacımız var. Müalicələr üçün hazırda 600 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 784-33-36
Beynəlxalq Bank: 4127 2093 0092 0334