Sumqayıtda kanalda batan 26 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Abusət Fəxrəddin oğlu Əliyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.