Bakıda məşhur restoranda DAVA: Toydan çıxan şəxslər əlbəyaxa oldu

Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.

Lim10.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, "Niaqara" şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.

Hadisənin səbəbi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik: