Hazırda şəhərdə insanların əl-üz yuması və təbii ehtiyaclarını ödəməsi üçün tualetlərin azlığı problem yaradır.
Halbuki əvvəllər bütün parklar və metro çıxışlarında sanitar qovşaqlar mövcud idi.
İndi isə barmaqla sayılacaq qədər azdır.
Bəs bu halın baş verməsinə səbəb nədir?
Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, sanitar qovşaqların tikilməsi, quraşdırılması planlı şəkildə olmalıdır və bu məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə daxildir.
"Bakı Metropoliteni"ndən isə metro stansiyalarında sanitar qovşağın nəzərdə tutulmadığı vurğulanıb.
Daha ətraflı APA TV-nin süjetində:
Paytaxtda sanitar qovşaqların sayı niyə artırılmır?
Paytaxtda sanitar qovşaqların sayı niyə artırılmır?